Ukrayna Qafqaza müdaxilə etsə, məhv olacaq - Balbek
25 Yanvar 2019 13:26 DünyaUkrayna ordusu Rusiyaya müdaxilə etsə, məhv olacaq.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Dumasının deputatı Ruslan Balbek deyib.
"Cənub Hərbi Dairəsinin qoruması altında olan Rusiya torpaqlarının işğalından söhbət gedə bilərmi? Bu böyük siyasətçinin ələ keçirəcəyi yeganə şey onun Kubana ekskursiyaya gələcəyi halda əlinə alacağı bir ovuc torpaq olacaq. Hazırda nə Kuban, nə də Qafqazdakı əhalinin Ukraynanın tərkibinə daxil olmaq arzusu yoxdur. Rusiya ərazisinə müdaxilə zamanı təkcə Ukrayna ordusu yox, həm də bu müharibənin ideoloqu məhv olacaq", - deyə o bildirib.
Qeyd edək ki, bundan öncə ukraynalı deputat Andrey Biletski Kuban və Qafqazın Ukraynanın tərkibinə güclə qaytarılmasıyla bağlı çağırış edib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31