Fransada təyyarə məcburi eniş etdi - Sərnişinə görə
25 Yanvar 2019 13:07 Dünya"Transavia" aviaşirkətinin Paris-Tunis reysini həyata keçirən təyyarə Nitsa hava limanında məcburi eniş etməli olub.
Buna sərnişinlərdən birinin aqressiv davranışı səbəb olub.
Qeyd olunur ki, 30 yaşlı Tunis vətəndaşı uçuş zamanı pilot kabinəsinə daxil olmağa çalışıb və heyət üzvlərinə hücum edib.
Təyyarə Nitsada eniş etdikdən sonra sərnişin polisə təhvil verilib. Hazırda hadisənin səbəbləri araşdırılır.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31