NYT: ABŞ "Taliban"la danışıqlarda irəliləyişə nail olub

ABŞ "Taliban" hərəkatı ilə danışıqlar çərçivəsində Əfqanıstandan Amerika qoşunlarının qismən çıxarılmasına dair irəliləyiş əldə edib.

"New York Times" qəzeti mənbələrinə istinadən Vaşinqtonun bunun qarşılığında "Taliban"dan onun nəzarəti altında olan ərazilərdə "Əl-Qaidə" kimi terror qruplaşmalarına sığınacaq verilməyəcəyinə dair zəmanət almaq istəyində olduğunu yazıb.

Qeyd edək ki, hazırda Dohada ABŞ və "Taliban" nümayəndələri arasında məsləhətləşmələr keçirilir. ABŞ nümayəndə heyətinə ABŞ Dövlət Departamentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzadrəhbərlik edir.

ABŞ qoşunları 2001-ci ildən Əfqanıstandadır və bu, ABŞ tarixində ən uzun əməliyyatdır. Rəsmi rəqəmlərə görə, hazırda ölkədə 14 minə yaxın ABŞ hərbçisi var.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31