Avropa paytaxtında Məhəmməd adı ilk sırada
25 Yanvar 2019 12:06 DünyaNorveçin paytaxtı Osloda 2018-ci ildə doğulan oğlan uşaqlarına ən çox Məhəmməd adı qoyulub.
Bu barədə Norveç Statistika Komitəsinin hesabatında deyilib.
Bildirilib ki, 10 ildir Məhəmməd adı öz yerini qorumaqdadır. Bunun ardınca Lukas, Filip və Oliver adları sıralanır.
Bu siyahının məhz Oslaya aid olduğu və ölkə üzrə nəticələrin fərqli şəkildə özünü göstərdiyi bildirilib.
Qeyd edilib ki, Oslonun 8,7 faizini təşkil edən pakistanlı, somalili, iraqlı və mərakeşli miqrantların böyük əksəriyyəti övladına məhz Məhəmməd adını qoymağa üstünlük verir.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31