Türkiyədə dəhşətli zəlzələ olacaq - Professor
25 Yanvar 2019 11:43 DünyaYaxın 5 ildə Mərmərə bölgəsində 7,5 bal gücündə zəlzələ baş verəcək.
Bu barədə geofizika üzrə mütəxəssis, professor Övgün Məhməd Ərcan deyib. O bildirib ki, dünən Mərmərə yaxınlığında baş verən 5,1 ballıq zəlzələ yaxın illərdə daha böyük zəlzələnin olacağının göstəricisidir:
"Bugünki zəlzələ Afrika struktur kəmərində yer alır. Türkiyənin ən böyük və ən dərin zəlzələləri bu bölgədə baş verir. Hazırki zəlzələ sahildən 80 km məsafədə olmasına baxmayaraq, ölkədə hiss edilib. Bu bölgəni daha böyük zəlzələlər gözləyir. 7,7 ballıq zəlzələ baş versə, təəccüblü olmaz".
Qeyd edək ki, ötən gün Mərmərə sahillərində 5,1 ballıq zəlzələ qeydə alınıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31