Lavrov rəsmi görüşdə mikrofonla “salamlaşdı” – Video

Rusiya Xarici İşlər naziri Sergey Lavrov ona həddən artıq yaxınlaşdırılan mikrofonla "görüşüb".

Olay Əlcəzair XİN rəhbəri Əbdülqədir Messahe ilə görüşdə baş verib. Operatorlarından birinin mikrofonu həddən artıq yaxın tutmasına cavab olaraq, Lavrov mikrofonla da "görüşüb".

Qeyd edək ki, ötən gündən Lavrovun Şimali Afrika ölkələrinə səfəri başlayıb. Rusiya XİN rəhbəri Əlcəzairdən sonra Mərakeş və Tunisdə olacaq.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31