Bolton: "Maduronu bütün gəlirlərindən məhrum edirik"
25 Yanvar 2019 12:16 DünyaABŞ Prezident Nikolas Maduronun rəhbərlik etdiyi Venesuela hökumətini bütün gəlir mənbələrindən məhrum etməyə çalışır.
Bunu "Foks Biznes" televiziyasına açıqlamasında ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.
"Maduronun qeyri-legitim rejimini bütün gəlir mənbələrindən məhrum etməyə çalışırıq. Hesab edirik ki, Xuan Quaido qanuni prezident kimi tanınandan sonra bütün gəlirlər legitim hökumətə verilməlidir. Bu isə çox çətindir", - deyə o bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31