Soros: "Böyük müharibə ərəfəsindəyik"
25 Yanvar 2019 12:19 DünyaABŞ və Çin arasında Soyuq müharibə gedir. Bu rəqabət hər an qaynar müharibəyə çevrilə bilər.
Bu barədə Davosda Dünya İqtisadi Forumu çərçivəsində təşkil olunan xüsusi şam yeməyində çıxış edən milyarder Corc Soros danışıb.
"Çinə qarşı təsirli bir siyasət sadəcə bir şüarla sadələşdirilə bilməz. Strategiyanın daha həssas, detallı və praktik olması lazımdır. Məsələn, Çinin "Bir qurşaq, bir yol" strategiyasına qarşı ABŞ-ın cavabı olmalıdır. Prezident Tramp təəssüf ki, bu barədə fərqli bir istiqamət götürüb. Həqiqət budur ki, qaynar müharibəyə çevrilmək təhdidi daşıyan bir Soyuq müharibədəyik", - Soros bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31