Venesuela ABŞ-dakı səfirlik və konsulluğunu bağlayır
25 Yanvar 2019 12:26 DünyaVenesuela prezidenti Nikolas Maduro bildirib ki, ölkə ABŞ-dakı bütün diplomatik nümayəndəliklərini bağlayır.
Onun sözlərini VTV8 kanalı sitat gətirib.
"Mən Venesuelanın ABŞ-dakı səfirlik və konsulluğunu bağlamaq qərarına gəldim". - deyə o bildirib.
Ölkənin Vaşinqtondakı səfirliyi gecə yarısı artıq konsulluq qəbulunu dayandırıb və "yeni xəbərdarlığa qədər" işini dayandırıb.
Bundan əvvəl Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib.
Onun ardınca Amerika lideri Donald Tramp müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31