Venesuelada etirazlar zamanı həbs edilənlərin sayı 364 nəfərə çatıb

Venesuelada artıq dörd gündür davam edən hökumət əleyhinə kütləvi etiraz aksiyalarında həbs olunanların sayı 364 nəfərə çatıb.

Bu barədə "Cinayət Forumu" qeyri-hökumət təşkilatının rəhbəri Alfredo Romero "Twitter"də yazıb.

Daha əvvəl 218 nəfərin həbs olunduğu bildirilirdi.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31