Hindistan orbitə dünyanın ən yüngül peykini göndərib

Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) orbitə ən yüngül peyk olan "Kalamsat-V2"ni göndərib.

Peyki tələbələr yığıb. Onun çəkisi 1,26 kq təşkil edir, o, kosmosa "PSLV-C44" daşıyıcı raketin göyərtəsində qalxıb.

"Kalamsat-V2" ilə yanaşı daşıyıcı raket həmçinin ölkənin "Microsat-R" adlı çəkisi 740 kq olan hərbi peykini də orbitə çıxarıb.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31