Ermənistan Baş nazirinin Aparatında xidməti avtomobillərin sayı azaldılacaq
24 Yanvar 2019 19:10 DünyaErmənistanın Baş naziri Aparatının50 xidməti avtomobilindən 7-si qalacaq.
Bu barədə Aparatın rəhbəri Eduard Ağacanyan "Facebook" səhifəsində yazıb.
"Hazırda xidməti avtomobillərdən Baş nazirin müavinləri, Aparatın rəhbəri, Təhlükəsizlik Şurasının katibi, Aparat rəhbərinin müavinləri, Aparat idarəsinin rəisi, Aparat ofislərinin tabeliyindəki rəislər, müşavirlər və Baş nazirin bəzi köməkçiləri istifadə edirlər", - deyə o bildirib.
E.Ağacanyan vurğulayıb ki, xidməti avtomobillərdən istifadəyə dair dəyişikliklərə əsasən, bundan sonra Baş nazirin iki müavini, Təhlükəsizlik Şurasının katibi belə maşınlardan yararlanacaq: "Mən xidməti avtomobildən imtina edəcəyəm. Qanuna əsasən, sürücülər artıq dəyişikliklərdən xəbərdardır".
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31