Fironun məqbərəsi tam bərpa olundu
24 Yanvar 2019 17:22 DünyaABŞ-ın Los Anceles şəhərindəki " Getty Conservation Institute" və Misirin Əntiq Tarix Nazirliyinin mütəxəssisləri firon Tutanhamonun məşhur məqbərəsinin bərpasını tamamilə başa vurublar.
1925-ci ildə arxeoloq Hovard Karterin aşkarladığı məqbərələrin rekonstruksiya və bərpa işləri 10 il əvvəl başlamış, 2016-cı ildə yekun mərhələyə qədəm qoymuşdu. Layihə təqribən 3 min il yaşı olan məqbərə binası ilə yanaşı, daxildə divarlara çəkilmiş yazılarla rəsmlərin də bərpasını nəzərdə tuturdu.
"Yeni Çarlıq" dövründə Tutanhamon qədim Misirin ən məşhur fironlarından biri olub. Eramızdan əvvəl 1332-ci ildə 9 yaşında taxta çıxmış firon 9 il sonra qəflətən vəfat edib.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31