Rusiya XİN başçısı: "Venesueladakı hadisələr başqa ölkənin daxili işlərinə kobud müdaxilədir"
24 Yanvar 2019 17:26 Dünya"Venesueladakı hadisələr başqa ölkənin daxili işlərinə növbəti kobud müdaxilədir".
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov əlcəzairli həmkarı Abdelkader Mesahel ilə görüşün yekununda deyib.
Onun sözlərinə görə, Nikolas Maduronun hakimiyyətdən uzaqlaşdırılmasına bir neçə dəfə cəhd olunub, o cümlədən onu fiziki cəhətdən aradan qaldırmağa çalışıblar.
Qeyd edək ki, Venesuela parlamentinin sədri və müxalifət lideri Xuan Quaydo çərşənbə günü Karakasda keçirilən mitinq zamanı dövlət başçısı vəzifəsini icra etdiyini açıqlayıb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31