Mustafa Sandalın klipi izləyənləri qəzəbləndirdi - Video

İzləyicilər türkiyəli müğənni Mustafa Sandalın yeni klipindən şikayətçi olublar.

Onların qəzəbinə isə "Gel bana" adlı klipdə bazarda çalışan bir qadının əqrəb yeməsi səbəb olub.

Sosial mediadan "Həmin səhnəni yığışdır" rəyləri yazan istifadəçilər eyni zamanda Türkiyənin Radio və Televiziya Şurasına da saysız şikayətlər ünvanlayıb.

Bildirilir ki, televiziya şurası şikayətləri təmin edərsə, klip ya tamamilə yığışdırılacaq, ya da 21:30-dan sonra yayımlanacaq.

Axsam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31