Avstraliya "qovrulur" - 50 dərəcə

Cənubi Avstraliya ştatında hava hərarəti rekord həddə çatıb.Avstraliyanın ABC telekanalı termometr göstəricilərinin 50 dərəcə selsiyə çatdığını bildirib.

Seduna şəhərində isə iki gün ard-arda havanın hərarəti 48,6 dərəcədə qalıb.

Adeliada ştatında isə, hava hərarəti bu gün 46,6 dərəcəni göstərib.

Bildirilir ki, daha öncəki rekord Melbrunun Viktoriya ştatında qeydə alınıb. Belə ki, 2009-cu ildə hərarət ölkən cihazın şkalası 46, 4 dərəcəni göstərib.

Artıq ölkənin enerji şəbəkəsi ölkədə elektrik enerjisinin verilişində problemlərin yaşanacağı barədə xəbərdarlıq edib. Belə ki, buna səbəb Cənubi Avstraliya və Viktoriya ştatlarında kondisionerlərin gecə-gündüz və aktiv şəkildə işlədilməsi göstərilir.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31