12 yaşlı qızdan Putinə məktub: “Uşaqlara cavab vermirsiniz…”
24 Yanvar 2019 17:50 DünyaRusiyanın Omsk vilayətindən olan 12 yaşlı Nastya Parıgina Yeni il gecəsi Rusiya Prezidenti Vladimir Putindən konki hədiyyə alıb.
Bundan əvvəl Nastya Putinə konki arzusu haqda məktub yazıb.
Nastya Putinə yazdığı məktubları cavabsız qoymasından şikayətlənib.
Lakin bu dəfə Putin Nastyanın məktubuna hədiyyə ilə cavab verib. Prezidentin göndərdiyi konki ona Gənclər və idman naziri təqdim edib.
Nastya başqa uşaqların prezidentdən hədiyyə aldıqlarını gördükdə ona məktub yazmaq qərarı verib. Ayaq ölçüsü 41 olduğu və sürətlə böyüdüyü üçün Nastyaya yaxınları konki almaq istəməyiblər.
Nənəsi Nastyaya Putinə məktub yazmağı tövsiyə edib: "Arzumun reallaşacağını və hətta bu qədər tez həyata keçəcəyini düşünməmişdim. Çox xoşbəxtəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31