Bahçeli Məhərrəm İncəyə "manqurt" dedi: "Sənin kimi..."
24 Yanvar 2019 18:02 Dünya"Bu çirkin zehniyyətə layiq olduğu kimi davranacağıq".
MHP lideri Dövlət Baxçalı adını çəkmədən Məhərrəm İncəyə sərt reaksiya verib.
MHP-nin rəhbəri Dövlət Baxçalı 31 martda partiyasından namizəd olanların adlarının açıqlanacağı iclasda çıxış edib.
O, ad çəkmədən CHP-nin 24 iyun 2018-dəki prezident seçkilərindəki namizədi Məhərrəm İncə haqqında çox ağır danışıb:
"Zəka problemi var imiş. Onunla çirkin zehniyyətə layiq olduğu kimi davranacağıq. Vay yersiz vay. Bu ölkəni sənin kimi manqurtlarmı qoruyacaq? Ancaq sənin kimi axşam bir cür, sabah isə başqa cür danışan çərxifələklər belə iş görə bilər. Qaldı ki, CHP, İP, PKK, FETO-dan yaranan, arxalarında türk düşmənləri olan zillət ittifaqı haq versəydi, onsuz da, "görəsən, bir səhvmi edir" deyə özümüzü sorğulayardıq ".
AzNews.az