Maduronun devrilməsi Rusiyaya təhdiddir - Burıx

Venesuelada hakimiyyət dəyişikliyi olsa, Rusiyanın bu ölkədəki maraqlarına zərər vurulacaq.

Bunu "RİA Novosti"yə açıqlamasında rusiyalı politoloq Dmitri Burıx deyib.

"Rusiya maraqları üçün müəyyən risk olduğunu təxmin etmək olar. Bu risk hər şeydən əvvəl iqtisadi maraqlarımıza təhdid yaradır.

Venesuela böhranı ABŞ və Latın Amerikası ölkələri tərəfindən təşkil edilib. Ölkədəki situasiya süni şəkildə yaradılıb və gələcəkdə mövcud gərginliyi daha da artıracaq. Xarici ölkələr Venesuela müxalifətinin yox olduğunu görüb, müxalifətin daha az məşhur nümayəndəsini prezident elan etdilər", - deyə o bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31