İranda teraktla təhdid edən şəxs yaxalandı: xəstə imiş...

İranın Gilan vilayətinin Ləngərud bölgəsində kamikadze hücumu təhlükəsi yaşanıb.

Naməlum şəxs yanacaqdoldurma məntəqəsinə daxil olaraq özünü partladacağını deyib.

Bundan sonra əraziyə təhlükəsizlik orqanlarının əməkdaşları çağırılıb. Terror təhdidi edən şəxs ayağından vurularaq ələ keçirilib. Xəstəxanaya çatdırılan şəxsin psixoloji vəziyyətinin sağlam olmadığı üzə çıxıb.

30 yaşlı cinayətkarın üzərində heç bir partlayıcı qurğu aşkar edilməyib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31