Abxaziyada Rusiyaya məxsus ZTR aşıb, ölənlər var
21 Yanvar 2019 14:25 DünyaAbxaziyada Rusiya ordusuna məxsus ZTR-ın aşması nəticəsində 3 rusiyalı hərbçi həlak olub, 2-si də xəsarət alıb.
"BTR-80" tipli zirehli maşın zirehli texnika karvanının dərə boyu çətin şəraitdə hərəkəti əsnasında aşıb. Xəsarət alanlar helikopterlə xəstəxanaya aparılıblar.
Xatırladaq ki, rəsmi olaraq Gürcüstanın bir hissəsi olan Abxaziya Muxtar Respublikası 1992-1993-cü illərdəki Gürcüstan - Abxaziya müharibəsi nəticəsində bu ölkədən qoparılıb. 2008-ci il avqust ayındakı Gürcüstan - Rusiya müharibəsindən sonra Gürcüstan parlamenti sözügedən ərazini rəsmən Rusiya tərəfindən işğal olunmuş ərazi elan edib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31