Livandan suriyalılarla bağlı çağırış

Beynəlxalq birlik miqrant qəbul edən ərəb ölkələrinə dəstək verməlidir.

Bu sözləri Livan Xarici İşlər naziri Gebran Bassil deyib.

"Ərəb ölkələrinə dəstək vermək üçün beynəlxalq ictimaiyyətə çağırış edirik. Biz bu yöndə beynəlxalq nümayəndələrin və təşkilatların iştirakı ilə iclas keçirmək haqqına sahibik", - deyə nazir bildirib.

Qeyd edək ki, Livanda rəsmi məlumatlara görə, milyon yarımdan çox suriyalı qaçqın var.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31