ABŞ-ın hərbi karvanı Suriyaya daxil oldu
21 Yanvar 2019 13:13 DünyaMenbiçdə baş verən partlayışdan sonra ABŞ qoşunları patrul fəaliyyətini sıxlaşdırıb, patrul dəstələrini növbədə olarkən tanklar müşayiət edir.
Bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata görə, ABŞ ordusu həmçinin bölgəyə Şimali İraqdan ehtiyat qüvvələr də cəlb edib. Belə ki, İraqın şimalında yerləşən ABŞ bazalarından gələn hərbi maşın karvanı Suriyanın Hasekə mahalı istiqamətində hərəkət edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31