YPG-nin Dəməşqlə razılaşma üçün gizli 10 maddəlik planı
21 Yanvar 2019 13:09 DünyaYPG-nin başçılıq etdiyi Demokrat Suriya Qüvvələrinin (DSQ) Dəməşqlə müzakirə üçün hazırladığı yol xəritəsinin detalları mediaya sızıb.
Terrorçuların hazırladığı 10 maddəlik planda muxtar idarəçilik, DSQ-nin Suriya ordusunun tərkibində sərhədləri mühafizəsi, parlamentdə təmsil olunma, ana dilində təhsil və s. maddələr yer alıb.
Bundan əlavə, planda Suriyanın suverenliyinin və ərazi bütövlüyünün də kürdlər tərəfindən qəbul ediliyi ifadə olunur.
Qeyd edək ki, Trampın ABŞ əsgələrinin Suriyadan çıxarılması yönünüdə qərarından sonra DSQ-nin Dəməşqlə kompromisə hazırlaşdığı barədə məlumatlar yayılırdı.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31