Prezidentliyə namizəd olan şoumen: İlk işim Putinlə...
21 Yanvar 2019 13:02 DünyaUkrayna prezidenti olan kimi edəcəyim ilk iş Rusiya Prezidenti Vladimir Putinlə Donbasda atəşkəs müqaviləsi ilə bağlı razılaşmaq olacaq.
Bunu "Ukrainskiy Pravda" qəzetinə müsahibəsində Ukrayna prezidentliyinə namizəd, şoumen Vladimir Zelenski deyib.
"Hər şeydən əvvəl istərdim ki, atəş dayandırılsın. Məncə, bu razılaşma çox da çətin deyil. Fikrimcə, biz razılaşa bilərik. Əsas vacib olan insanları qorumaqdır", - deyə o bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31