ABŞ təzyiqi: Çində son 28 ilin ən pis göstəricisi
21 Yanvar 2019 12:39 DünyaÇin 2018-ci ilin nəticələrinə əsasən dünyanın ikinci iqtisadiyyatı statusunu qoruyub saxlamağı bacarıb.
Bunu jurnalistlərə açıqlamasında Çin Dövlət Statistika İdarəsinin rəhbəri Nin Tsziçje deyib. Onun sözlərinə görə, 2018-ci ildə Çinin ümumdaxili məhsulu 13,6 trilyon dollar təşkil edib.
O, Çin-Amerika ticarət qarşıdurmasının Çin iqtisadiyyatına mənfi təsir etdiyini bildirib:
"Ticarət sahəsindəki fikir ayrılıqları iqtisadiyyata təsir göstərir. Bu təsir bizim nəzarətimiz altındadır. Çinin daxili bazarı böyük potensiala sahibdir".
Çinin ümumdaxili məhsulunun artım tempinin keçən il 6,6% olduğu vurğulanıb. O, bu göstəricinin 1990-cı ildən bu yana qeydə alınan ən pis göstərici olduğu bildirilib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31