Təbrizdə möhtəşəm aksiya: qızlara gül payladılar

Təbrizin "El-gölü" parkında bir qrup oğlan kampaniya təşkil edərək, qadınlara gül paylayıblar.

Onlar bu addımları ilə bir neçə gün əvvəl sözügedən parkda yaşanan xoşagəlməz olaya görə qadınlardan üzr istəyiblər.

Təbrizli oğlanlar gül paylamaqla, həm də 20 Yanvar şəhidlərinin xatirəsini andıqlarını bildiriblər.

Qeyd edək ki, bir neçə gün əvvəl "El-gölü" parkında iki oğlan qızları narahat edib. Həmin şəxslər daha sonra polis tərəfindən həbs olunub.

kult.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31