Zimbabve prezidenti Davos forumuna getməkdən imtina edib
21 Yanvar 2019 12:14 DünyaZimbabve prezidenti Emmerson Mnanqaqva ölkəsini etiraz dalğası bürüməsi səbəbindən İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etməyəcək.
Prezident bu barədə öz "Twitter" səhifəsində yazıb.
"Mən məhsuldar ikitərəfli ticarət - investisiya görüşləri həftəsindən sonra evə qayıdıram. Davosda bizim ölkəni səlahiyyətli şəxs kimi maliyyə naziri Mtuli Nkube təmsil edəcək. Birnömrəli vəzifə ondan ibarətdir ki, dinclik, sabitlik və işqabiliyyətliliyi Zimbabveyə geri dönsün", - deyə o bildirib.
Mnanqaqva beynəlxalq turne çərçivəsində yanvarın 19-da Azərbaycanda səfərdə olub.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31