Malidə BMT-nin azı 4 sülhməramlısı qətlə yetirilib

Bazar günü BMT-nin Malidə sabitləşdirmə üzrə Çoxprofilli kompleks missiyasının (MINUSCA) 4 sülhməramlısı bu ölkədə silahlıların hücumu nəticəsində həlak olub.

Bazar günü BMT-nin Malidə sabitləşdirmə üzrə Çoxprofilli kompleks missiyasının (MINUSCA) 4 sülhməramlısı bu ölkədə silahlıların hücumu nəticəsində həlak olub.

Bu barədə diplomatik mənbələrə istinadən "Franc Press" məlumat yayıb.

Malinin təhlükəsizlik orqanlarının nümayəndələri isə hücum nəticəsində 6 sülhməramlının öldüyünü, daha 19-nun yaralandığını bildiriblər. Həmçinin bir neçə terrorçu zərərsizləşdirilib.

Hücum Aqelxok yaşayış məntəqəsi ərazisində qeydə alınıb.

Daha əvvəl BMT-nin Mərkəzi Afrika Respublikasında sabitləşdirmə üzrə Çoxprofilli kompleks missiyasının (MINUSCA) sülhməramlısı ölkənin qərbində yaraqlıların hücumu nəticəsində ölüb.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31