Əfqanıstan hökuməti "Taliban" ilə danışıqlar aparmağa hazırdır
21 Yanvar 2019 11:54 DünyaRəsmi Kabil Pakistanın vasitəçiliyi sayəsində "Taliban" hərəkatı ilə danışıqlar aparmağa hazırdır.
Bu barədə Əfqanıstan Prezidenti Əşrəf Qəni bildirib.
"Taliblərin iki əsas variantı var: birincisi, müxtəlif danışıqlarda Pakistan və ya başqa bir regional ölkə ilə təmsil olunmaq; ikincisi, müstəqil şəkildə çıxış etmək", - Ə.Qəni deyib.
Onun sözlərinə görə, Əfqanıstan hökuməti "Taliban"ın Pakistanı vasitəçi kimi görmək istəyəcəyi təqdirdə onlarla danışıqlar aparmağa hazırdır.
Eyni zamanda, Prezident taliblərin əfqan xalqının bir hissəsi olmaq istəyəcəyi təqdirdə birbaşa dialoq aparmasının daha yaxşı olacağını söyləyib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31