ABŞ-ın hərbi gəmisi Gürcüstandadır
21 Yanvar 2019 11:33 DünyaABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Donald Cook" adlı hərbi gəmi (esmines) Gürcüstanın Batumi dəniz limanına yanvarın 21-də dostluq səfəri edib.
Bu barədə Gürcütsnın "İmedi" televiziyası bildirib.
"ABŞ Hərbi Dəniz Qüüvələrinə məxsus "Doland Cook" hərbi gəmisinin Gürcüstana son bir ildə ikinci səfəridir. Bu iki ölkə arasında dənizdə təhlükəsizlik və sabitlik sahəsində əməkdaşlığa çağırışıdır", - TV hadisə ilə bağlı reportajında bildirib.
Məlumata görə, hərbi gəmi yanvarın 24-də səfərini başa vuracaq.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31