İsveçrədə iki nəfər qar uçqunu nəticəsində həlak olub
21 Yanvar 2019 11:31 Dünyaİsveçrədə iki nəfər qar uçqunu nəticəsində həlak olub.İsveçrənin Fribur və Vo kantonlarında qar uçqunu nəticəsində iki nəfər ölüb.
Məlumata görə, qar uçqunu 14 nəfərlik qrupun hərəkəti nəticəsində baş verib. Hadisə nəticəsində 3 nəfər qar altında qalıb və onlar helikopterlərlə xəstəxanalara çatdırılıblar.
Bir nəfəri xilas etmək mümkün olmayıb. Hadisənin araşdırıldığı bildirilir.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31