Vaşinqtonda Foks Nyus, MSNBC və C-Span telestudiyalarının yerləşdiyi binada yanğın baş verib.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə paytaxtın yanğından mühafizə idarəsi məlumat yayıb.
Ehtimala görə, yanğın qısaqapanmadan baş verib və tez bir zamanda söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.