Tramp soyuqlarla əlaqədar amerikalıları evdən bayıra çıxmamağa çağırıb

ABŞ prezidenti Donald Tramp ölkənin bir neçə bölgəsinə yağan güclü qar səbəbindən amerikalıları ehtiyatlı olmağa və evdən bayıra çıxmamağa çağırıb.

Prezident bu barədə "Twitter"də yazıb.

"Ehtiyatlı olun və evdə oturmağa çalışın. Ölkənin əksər hissəsi böyük miqdarda qardan və demək olar ki, rekord həddə şaxtalardan əziyyət çəkir. Küləyin bu qədər güclü olması çox qəribədir. İndi bir az köhnə xoş qlobal istiləşməni hiss etmək pis olmazdı", - deyə Tramp bildirib.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31