Liviya sahillərində miqrantları daşıyan gəmi batıb: 14 nəfər itkin düşüb
19 Yanvar 2019 10:26 DünyaLiviya sahillərindən 50 kilometr aralıda göyərtəsində azı 20 miqrant olan gəmi batıb.
Batan miqrantların xilas edilməsi üçün Liviyanın sahil mühafizəsi xidməti ilə əlaqədə işləyən İtaliya HDQ-nin helikopteri cəlb edilib.
Məlumata əsasən, batan gəmi İtaliyanın hərbi təyyarəsindən görülüb. Gəminin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub, 3 nəfər isə xilas edilib.
Bildirilir ki, 14 miqrantın axtarışları davam etdirilir.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31