Nikol Paşinyan Davos forumuna qatılacaq
18 Yanvar 2019 19:38 DünyaErmənistanın Baş naziri Nikol Paşinyan Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak edəcək.
Bu barədə N.Paşinyan "Facebook" səhifəsində yazıb.
Ermənistanın Baş naziri Davos şəhərinə yanvarın 20-də gedəcək.
Bu il İsveçrənin Davos şəhərindəki Dünya İqtisadi Forumu yanvarın 22-25-də keçiriləcək.
Forum 1971-ci ildə yaradılıb. Dünyanın müxtəlif ölkələrindən, təxminən, 1000 iri şirkət və təşkilat onun üzvləri sırasında yer alır.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31