KİV: Britaniya "Brexit"ədək yeni ticarət müqavilələri bağlaya bilməyəcək

Böyük Britaniya hökumətinin "Brexit" prosesi tamamlananadək Avropa İttifaqıçərçivəsində 40 sazişi əvəz etməli olan yeni ticarət müqavilələri bağlamağa vaxtı olmayacaq.

Nəşrin məlumatına görə, Londonun Aİ-dən sazişsiz çıxacağı halda, İttifaqla razılaşmaların çoxu qüvvədən düşəcək. Böyük Britaniya 2019-cu ilin mart ayına qədər yeni müqavilələr bağlaya bilməyəcək.

Britaniyalı səlahiyyətlilərin sözlərinə görə, yeni sazişlərdən, demək olar, heç biri hazır deyil və mart ayına qədər çətin ki, onları imzalamaq mümkün olsun.

Daha əvvəl Avropa Komissiyasının "Brexit" üzrə saziş layihəsini yenidən nəzərdən keçirməkdən imtina etdiyi bildirilib. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31