Maroş Şefçoviç Slovakiya prezidentliyinə namizəd olacağını açıqlayıb

Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç Slovakiyanın prezidentliyinə namizəd olacağını açıqlayıb.

Slovakiyada növbəti prezident seçkiləri martın 16-da keçiriləcək. Birinci turda yeni dövlət başçısı müəyyənləşdirməsə, ikinci tur martın 30-da baş tutacaq.

Slovakiyada prezidentlər daha çox təmsilçilik funksiyası daşıyır.

Qeyd edək ki, M.Şefçoviç 2014-cü ildən hazırkı vəzifədə çalışır.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31