Hindistan kosmosa robot göndərəcək
18 Yanvar 2019 19:43 DünyaHindistanın Kosmik Tədqiqatlar Təşkilatı digər ölkələr kimi kosmosa ilk olaraq heyvan göndərməyəcək.
Təşkilat uçuş üçün android-robot hazırlayır.
Qeyd olunur ki, Hindistan istehsalı olan bu robot demək olar ki, hazırdır və yaxın zamanlarda sınaqlar başlayacaq.
Robotun 2020-ci ilin sonunda və 2021-ci ilin iyulunda kosmosa göndəriləcəyi nəzərdə tutulub.
Bu uçuşların uğurlu olacağı təqdirdə Hindistan 2021-ci ilin dekabrında pilotlu uçuş keçirə bilər.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31