Almaniya 62 gürcünü ölkədən çıxartdı

Almaniya hökuməti ölkədən Gürcüstanın 62 vətəndaşını deportasiya edib.

Bu məlumatı Gürcüstanın "Birinci kanal"ı yayıb. Məlumata görə, Gürcüstan vətəndaşlarını daşıyan təyyarə Leypsiqdən Tiflisə eniş edib. Bu şəxslərin hər birinin Berlindən sığınacaq istədiyi vurğulanıb.

Qeyd edək ki, sonuncu dəfə Almaniyadan Gürcüstan vətəndaşları 2018-ci ilin sentyabrında kütləvi şəkildə deportasiya edilib. Sentyabrda deportasiya edilənlərin sayı 65 nəfər olub.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31