Mnatsakanyan Köçəryanın adamını özünə müavin edir

Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan İspaniyada səfir olan Avet Adontsu özünün müavini təyin etmək fikrindədir.

Bu məlumatı "Jamanak" qəzeti yayıb.

"Adontsun adı səfir olduğu müddət ərzində öz vəzifəsindən kommersiya məqsədiylə istifadə etməyə cəhd edib. Buna rəğmən Mnatsakanyan israr edir ki, özünə müavin məhz Avet Adonts təyin edilsin" - deyə o bildirib.

Qeyd edək ki, Adonts 2007-ci ildə Çiçəklənən Ermənistan Partiyasında Ermənistan parlamentinə deputat seçilib. Adonts İspaniya ilə bərabər Belçika, Niderland, Lüksemburqda da səfir kimi çalışıb. O, Qagik Çarukyanla bərabər Robert Köçəryanla da yaxınlığı ilə tanınıb.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31