ABŞ raketlərini kosmosda yerləşdirəcəyi tarixi açıqladı

ABŞ 2020-ci ilin sonuna qədər kosmosda raketdən müdafiə sistemlərinin yaradılışını bitirmək niyyətindədir.

Bunu jurnalistlərə açıqlamasında ABŞ müdafiə nazirinin müavini Con Rud deyib.

"20-ci illərin əvvəllərində təcrübələr, ortalarında və sonunda isə sistemin hazırlığını görmək mümkün olacaq.

Qeyd edək ki, bundan öncə ABŞ Müdafiə nazirinin müavini Maykl Qriffin jurnalistlərə açıqlamasında 2019-cu əvvəlində kosmosda raketdən müdafiə elementlərini yerləşdirməyə başlayacaqlarını bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31