Mövlud Çavuşoğlu ABŞ-a səfər edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 6-da ABŞ səfər edəcək.

Bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib.

Onun sözlərinə görə, M.Çavuşoğlu İŞİD-ə qarşı beynəlxalq koalisiyanın toplantısına qatılacaq.

Xatırladaq ki, ABŞ-ın Respublikaçılar Partiyasında olan senator Lindsi Qrem Suriyadakı vəziyyəti müzakirə etmək məqsədi ilə bu gün Türkiyəyə səfər edəcək.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31