ABŞ diplomatından şok: YPG elə PKK-dır, Türkiyəni incitdik
18 Yanvar 2019 12:33 DünyaYPG-nin PKK-nın davamı olduğu açıq-aydındır. ABŞ İŞİD-lə mübarizədə YPG adı altında fəaliyyət göstərən PKK ilə çalışdı və nəticədə Türkiyə ilə əlaqələrimizə mənfi təsir göstərdi.
Bu açıqlama ilə ABŞ-ın Dəməşqdəki keçmiş səfiri Robert Ford çıxış edib.
"ABŞ-ın Suriyadan geri çəkilməsinin suriyalı kürdlərə bir xəyanət olduğunu düşünmürəm. Bölgədə kürdlərlə ərəblər arasında bir çox problemlər var. YPG-nin varlığı isə bu problemləri azaltmayıb, İŞİD də bu vəziyyətdən istifadə edib", - Ford qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31