Bişkekdə antiÇin mitinqi dağıdıldı - Video
18 Yanvar 2019 11:59 DünyaQırğızıstanın paytaxtı Bişkekdə polis Çin ekspansiyasına qarşı dünən baş tutan mitinqi dağıdıb.
Bu məlumat Yutub sosial şəbəkəsindəki "AKİpress nyus" kanalında yayımlanıb.
Məlumata görə, etiraz aksiyasında 200-dən çox şəxs iştirak edib. Aksiyanın təşkilatçısı Amanbol Babakulov olub. Etirazçılar miqrasiya üzərində xalq nəzarətinin yaradılması, Çin vətəndaşlarına viza verilişinin azaldılmasını, Pekindən Bişkekə verilən kreditlərin effektivliyinin yoxlanılmasını, qırğız qızlarının xaricilərə verilməməsini tələb ediblər. Ümumilikdə etiraz aksiyası zamanı 21 nəfər saxlanılıb.
Qeyd edək ki, bu, Çin ekspansiyasına qarşı Qırğızıstanda cari il başlayandan bu yana keçirilən ikinci etiraz aksiyasıdır.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31