Səudiyyə Rusiyanın imdadına yetir: Milyardlıq investisiya
18 Yanvar 2019 12:02 DünyaSəudiyyə Ərəbistanı Rusiyanın neft-kimya sənayesinə böyük investisiyalar yatırmağı planlaşdırır.
Bunu jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanı Energetika, Sənaye və Mineral Resurslar naziri Xalid əl Falih deyib.
"Biz Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun rəhbəri ilə investisiya layihələrinin bazalarının genişləndirilməsini müzakirə etdik. Rusiyanın təkcə qaz sənayesinə yox, həm də neft-kimya sənayesinə sərmayə yatırmağı düşünürük", - o bildirib.
Səudiyyə Ərəbistanının Rusiya iqtisadiyyatına yatırdığı milyardlarla dollara cavab olaraq, Moskva da bu ölkə iqtisadiyyatı üçün analoji addımı atmağı planlaşdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31