"Rusiya ilə birləşmək həyat, parçalanmaq isə ölümdür"
18 Yanvar 2019 11:57 DünyaRusiya ilə birliyini dağıdan Ukrayna yenidən rusların olan hər şeyi aradan qaldırmağa və kanonik pravoslavlığı məhv etməyə çalışan düşmənlərin əlinə keçdi.
Bu sözləri Krım lideri Sergey Aksenov bildirib.
"Ölkədə vətəndaş müharibəsi gedir. Ölkədə əsrlərlə bu torpaqlarda yaşayan, qan tökən, tikib-yaradan insanların dilinə, inanclarına, tarixinə və mədəniyyətinə nifrət edən işğalçı rejim hökm sürür. Bu rejim və onun Qərbdən olan ağaları üçün Ukrayna əhalisi heç qul belə deyil, xərci çox olan materialdır. XVII əsrin ortalarında olduğu kimi indi də Rusiya ilə birləşmək Ukrayna üçün ölüm-qalım məsələsidir. İndi də 365 il bundan əvvəlki kimi, birlik həyat və inkişaf, parçalanmaq isə süqut, ölüm və Qərbin koloniyası formasında acınacaqlı mövcudluq anlamına gəlir", - Aksenov bildirib.