Ərəb Ölkələri Liqası: Əsədi dəvət etməmişik
18 Yanvar 2019 12:06 DünyaSuriyanı Ərəb Ölkələri Liqasının Beyrutda keçirilən iqtisadi sammitinə dəvət etməmişik.
Bunu jurnalistlərə açıqlamasında Ərəb Ölkələri Liqasının baş katibinin müavini Hüsam Zəki deyib.
Qeyd edək ki, bundan öncə Suriyanın Livandakı səfiri Əli Əbdülkərim Əli Ərəb Ölkələri Liqasının Dəməşqi Beyrutdakı sammitə dəvət etdiyini, amma Suriya rəhbərliyinin bunu qəbul etmədiyini deyib.
Suriyanın Ərəb Ölkələri Liqasında üzvlüyü 2011-ci ildə dondurulub. Üstəlik, bir sıra ərəb ölkələri Dəməşqdən səfirlərini geri çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31