Almaniyadan ABŞ-a: Moskva bunu tək edəcək

"Şimal axını 2" layihəsinin reallaşmasının qarşısını almaq artıq mümkün deyil.

Bunu jurnalistlərə açıqlamasında Almaniya Xarici İşlər naziri Hayko Maas deyib.

Onun sözlərinə görə, ABŞ sanksiyaları Almaniya şirkətlərini əməkdaşlıqdan əl çəkməyə məcbur etsə belə, Moskva təkbaşına bu kəmərin tikintisini həyata keçirəcək:

"Alman şirkətlərinin layihədə iştirakdan imtina etməsi, onun dayanmasına gətirib çıxarmayacaq. Bu, üstəlik neqativ nəticələrə gətirib çıxara bilər. Belə situasiyada heç kimin haqqı və imkanı olmayacaq ki, Ukraynadan qaz tranzitinin saxlanılması barədə situasiyaya təsir etsin".

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31