Aktyor Morqan Frimanın nəvəsinin qatili 20 il azadlıqdan məhrum edilib

Hollivud aktyoru Morqan Frimanın nəvəsi, aktrisa İ Dina Haynsı qətlə yetirmiş Lamar Davenport azadlıqdan 20 il müddətinə məhrum edilib.

Bu barədə Manhetten dairəsinin prokuroru Sayrus Vens məlumat yayıb.

Bildirilir ki, 33 yaşlı qatil alkoqollu içkinin və narkotik maddənin təsiri altında 33 yaşlı dostu İ Dina Haynsı Vaşinqton-Haytsda qətlə yetirib. Nyu-York ştatının Ali Məhkəməsi 2018-ci ilin 7 mayında Davenportu qətldə təqsirkar bilib.

İş üzrə ifadə verən şahidlər bildiriblər ki, Davenport İ Dina Haynsa hücum edib və ona çoxsaylı bıçaq xəsarətləri yetirib. 

Daha əvvəl Hollivud aktyoru Morqan Friman ABŞ-dakı "Türk Hava Yolları"nın yeni siması olub.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31